"Milan" qış fasiləsində heyətini gücləndirmək üçün hərəkətə keçib.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın idman direktoru Leonardo "Çelsi"dən Qari Keyhill, Sesk Fabreqas və Andreas Kristensenin transferi üçün London təmsilçisiylə görüş keçirib.
İtaliya mətbuatının məlumatına görə, "Milan"ın əsas hədəfi Fabreqasdı. Mövsümün sonunda "Çelsi" ilə müqaviləsi başa çatacaq Keyhillin də keçidi real görünür. Milan təmsilçisi "zadəganlar"da az şans qazanan Kristenseni icarəyə götürmək üçün danışıqlar aparır.
saytlarin hazirlanmasi