Mövsümə qeyri-stabil başlayan "Mançester Yunayted" qışda heyətinə əl gəzdirmək üçün transfer düyməsini basıb.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Vest Hem"də forma geyən Marko Arnautoviçi rənglərinə bağlamaq istəyir. Aleksis Sançesdən istədiyini ala bilməyən Mançester təmsilçisi Avstriya millisinin üzvü üçün London klubuna 50 milyon avro təklif edəcək.
Qeyd edək ki, 29 yaşlı forvard cari mövsüm 12 oyuna 5 qol vurub, 1 assist edib.
saytlarin hazirlanmasi