"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand klubun baş məşqçisi Joze Mourinyonu tənqid edib.
Sportal.az xəbər verir ki, Ferdinand Mourinyonun mətbuat konfransında "qırmızı şeytanlar"ın 4 futbolçusu - Lyuk Şou, Antoni Marsial, Jessi Linqard və Markus Reşfordu tənqid etməsinə qarşı çıxıb: "Mourinyonun 4 futbolçusunu ictimaiyyət qarşısında rəzil etməsi "Mançester Yunayted"i güclü etməyəcək. Hər gün bu futbolçularla birgəsiniz, paltardəyişmə otağına gedin və dördü ilə də söhbət edin, onlardan nə istədiyini anladın. Futbolçulara utandırıcı sözlər deməklə nəticə almaq mümkün deyil".
Qeyd edək ki, Mourinyo evdə "Kristal Pelas"la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra gənc futbolçuları ərköyün adlandırıb, xarakterlərini sərt şəkildə tənqid edib.
saytlarin hazirlanmasi