"Milan" mövsümün sonunda "Çelsi" ilə müqaviləsi başa çatacaq Sesk Fabreqası transfer etmək üçün çalışır.
Sportal.az xəbər verir ki, Milan təmsilçisi Fabreqası qışda heyətinə qatmaq istəyir. 31 yaşlı yarımmüdafiəçiyə 2,5 illik müqavilə təklif edilib. İspaniyalı futbolçu ilə Yaponiyanın "Vissel Kobe" klubu da maraqlanır. Təcrübəli oyunçu yekun qərarını verməyib.
Qeyd edək ki, "Milan"ın baş məşqçisi Cennaro Qattuzo Fabreqası komandasında görmək istədiyini açıqlamışdı.
saytlarin hazirlanmasi