İngiltərənin “Sauthempton” klubunun yeni baş məşqçisi məlum olub.
Sportal.az-ın məlumatına görə, bu barədə klubun saytı xəbər yayıb.
Mark Hyuzu istefaya göndərən klub rəhbərliyi bu vəzifəyə avstriyalı çalışdırıcı Ralf Hazenhyuttlı gətirib. 51 yaşlı mütəxəsislə 2 il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, Ralf Hazenhyuttl son olaraq ötən il Almaniyanın “Leypsiq” klubunu çalışdırıb.
saytlarin hazirlanmasi