“Arsenal”ın futbolçularının partisi İngiltərə mətbuatında gündəmi zəbt edib.
Sportal.az xəbər verir ki, “The Sun” nəşrinin yaydığı məlumatda “topçular”ın ulduz futbolçuları – Mesut Özil, Pyer-Emerik Obameyanq, Aleksandr Lyakazette, Sead Kolaşinats, Henrix Mxitaryan və Matteo Qenduzi gecə klubunda 70-ə yaxın qızla əyləniblər. Futbolçuların çoxu spirtli içki və narkotik tərkibli maddə olan azot 1-oksiddən (şadlandırıcı qaz) istifadə edib.
Klub məsələ ilə bağlı açıqlama verməyib.
saytlarin hazirlanmasi