Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"ı qəbul edəcək "Arsenal" matçın hazırlıqlarına başlayıb.
Sportal.az xəbər verir ki, London klubunun zədəli futbolçusu Məsut Özil sıraya qoşulub.
Son dəfə bir ay əvvəl - noyabrın 11-də "Vulverhempton"la matçda meydana çıxan yarımmüdafiəçi son dörd oyunu buraxıb. Türk əsilli futbolçunun “Qarabağ”la oyunda iştirak edib-etməyəcəyi fiziki hazırlıq üzrə məşqçinin rəyindən asılıdır.
Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də Londondakı "Emireyts" stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi