Baş məşqçi dərddə olan Samirin gələcəyindən danışdı

12:57 - 21 Dekabr 2018

Qadağan olunmmuş preparatdan istifadə etdiyi üçün 18 ay futboldan kənarlaşdırılan Samir Nəsrinin cəzası 2019-cu ilin yanvarında başa çatacaq.

 

Sportal.az xəbər verir ki, fransalı futbolçu bir müddətdir ki, İngiltərə Premyer Liqa təmsilçisi "Vest Hem"də məşqlərə çıxır. London klubunun baş məşqçisi Manuel Pelleqrini 31 yaşlı yarımmüdafiəçi ilə bağlı yaxın günlərdə qərar verəcəklərini deyib : "Nəsriylə bağlı gələn həftə qərar verəcəyik. Hazırda çox çalışır və artıq çəkisini atmağa davam edir".

 

Qeyd edək ki, “Arsenal”, “Mançester Siti”, “Sevilya”, “Marsel” kimi komandalarda çıxış edən Nəsrinin son klubu "Antalyaspor" olub. Samir "Mançester Siti"də Pelleqrinin rəhbərliyi altında oynayıb.

Xəbər xətti