"Liverpul"un futbolçusu Məhəmməd Salah adı klubla hallanan "Zalsburq"un israilli futbolçusu Munas Dabburun transferinə qarşı çıxıb.
Sportal.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb. Xəbərdə qeyd edilib ki, Salah İsrail millisnin üzvünün "qırmızılar"a transferi reallaşsa, klubdan ayrılacağını rəhbərliyə deyib. Salah Dabburu İsraillə Misirin yaxşı olmayan siyasi əlaqələrinə görə komandada görmək istəmir.
"Liverpul" rəhbərliyi bunu nəzərə alaraq, Dabbura alternativ olaraq, "Leyptsiq"dən alman hücumçu Timo Vernerlə maraqlanmağa başlayıb.
Qeyd edək ki, Salah "Bazel"də oynadığı dönəmdə İsrailin Təl-Əviv "Makkabi"sinə qarşı keçirdikləri matçda rəqib futbolçuların əlini sıxmamışdı.
saytlarin hazirlanmasi