Remziyə daha bir elçi

17:07 - 27 Dekabr 2018

Mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatacaq Aaron Remzi üçün Avropa nəhəngləri pusqu qurub.

 

Sportal.az xəbər verir ki, London klubu Uels millisinin üzvüylə müqaviləni uzatmaq üçün anlaşa bilmir. Bu səbəbdən də paytaxt təmsilçisi 28 yaşlı yarımmüdafiəçini yanvarda aşağı qiymətə satmağa çalışır.

 

Fransa mətbuatının məlumatının məlumatına görə, PSJ-nin idman direktoru Antero Enrike klubla danışıqlar aparıb. Xəbərdə qeyd edilib ki, Paris klubu gələn həftə rəsmi təklifini göndərəcək.

 

Daha öncə "Yuventus"un Remziyə illik 10 milyon avroluq maaş təklif etdiyi xəbərləri yayılmışdı.

 

Qeyd edək ki, Remzi 2008-ci ildən "Arsenal"da çıxış edir.

 

Xəbər xətti