İngiltərə Premyer Liqasında ilk dövrə başa çatıb. 19 turdan sonra turnir cədvəlinə 51 xalla "Liverpul" başçılıq edir.
Sportal.az xəbər verir ki, "Bleacher Report" ilk dövrənin rəmzi heyətini açıqlayıb. Simvolik komandada aşağıdakı oyunçular yer alıb:
Qapıçı: Lukaş Fabianski ("Vest Hem")
Müdafiəçilər: Endryu Robertson, Viricl van Deyk (hər ikisi "Liverpul"), Mett Doerti ("Vulverhempton"), Aymerik Lapor ("Mançester Siti");
Yarımmüdafiəçilər: Lukas Torreyra ("Arsenal"), Fernandinyo, Rahim Sterlinq (hər ikisi "Mançester Siti"), Eden Hazard ("Çelsi");
Hücumçular: Məhəmməd Salah ("Liverpul"), Harri Keyn ("Tottenhem").
saytlarin hazirlanmasi