Fabreqas "Çelsi"dən ayrılır

00:17 - 29 Dekabr 2018

Adı bir neçə klubla hallanan Sesk Fabreqas "Çelsi"dən ayrılmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi mövsümün sonunda başa çatacaq müqaviləsini qış fasiləsində qarşılıqlı razılaşma əsasında xitam vermək istəyir. Bu barədə "Daily Mirror" məlumat yayıb. Məlumata görə, Fabreqasın transferində ən çox istəkli olan klub "Monako"dur. Uğursuz mövsüm keçirən "knyazlıq klubu"nun baş məşqçisi Tyerri Anri yaxından tanıdığı futbolçunu komandaya gətirməkdə maraqlıdır. Jorjinyo, Mateo Kovaçiç, Nqolo Kante kimi oyunçuların ehtiyatında qalan ispan oyunçu bu səbəbdən də ayrılmağa qərar verib.

 

Qeyd edək ki,  Fabreqas 2014-cü ildən "Çelsi"də çıxış edir.

Xəbər xətti