"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri gələcəyi klubda gələcəyi qeyri=müəyyən olan Eden Hazardla bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis belçikalı futbolçunun qərar verməli olduğunu deyib: "Məncə, Hazardın qərar vermək vaxtı yetişib. Onunla danışacammı? Xeyr, çünki prezident deyiləm, baş məşqçiyəm. Onunla bağlı qərarı mən verməyəcəm. Onunla yalnız meydandakı işlərinə görə danışa bilərəm. Əgər gələcəklə bağlı nəsə addım atmaq lazımdırsa, bunu indidən etmək lazımdır. Hazardla bağlı qərar verilməlidir".
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2012-ci ildən London klubunda çıxış edir. Onun "zadəganlar"la müqaviləsi 2020-ci ilin yayında başa çatacaq. Ulduz futbolçu "Real"ın transfer hədəfindədir.
saytlarin hazirlanmasi