"Liverpul"un futbolçusundan ayrılıq qərarı

16:14 - 31 Dekabr 2018

"Liverpul"da əsas heyətdən kənar qalan Divok Oriji qış transfer dönəmində klubdan ayrılmağa qərar verib.

 

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmızılar" da belçikalı hücumçunu satmaq istəyir. 23 yaşlı forvardla "Vulverhempton" və "Şalke" klubları maraqlıdır. "Mersisaydlar" gənc futbolçunun transferindən ən azı 20 milyon avro qazanmaq istəyir.

 

Qeyd edək ki, Oriji 2014-cü ildə "Lill"dən "Liverpul"a 10 milyon funt-sterlinqə keçib. O, bu mövsüm 3 oyuna 1 qol vurub.

Xəbər xətti