Agenti Remziylə maraqlanan klubların adını açıqladı

00:34 - 3 Yanvar 2019

Mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatacaq Aaron Remzinin agenti Devid Bolduin futbolçunun gələcəyindən danışıb.

 

Sportal.az xəbər verir ki, agent Uels millisinin üzvüylə maraqlanan klubların adlarını da açıqlayıb:

 

"Aaron Remzi diqqət mərkəzində olan futbolçudur. Hazırda müqaviləsi var. Mövsümün sonunda isə klubla saziş başa çatacaq. Yanvarda Remzinin ayrılacağını düşünmürəm. "Real", "Barselona", "Yuventus", "Bayern", PSJ və "İnter" klubları Remziylə maraqlanırlar".

 

İtaliya mətbuatı "Yuventus"un Remziyə illik 10 milyon avro maaş olmaqla müqavilə təklif etdiyini və bu transferdə digər rəqiblərindən bir addım öndə olduğunu yazmışdı.

 

Qeyd edək ki, 2008-ci ildə "topçular"da çıxış edən 27 yaşlı yarımmüdafiəçi cari mövsüm 24 oyuna 3 qol vurub, 6 assist edib.

Xəbər xətti