"Tottenhem" yarımmüdafiəçisi Kristian Eriksenlə müqaviləni uzatmağa hazırlaşır.
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, London təmsilçisi Danimarka millisinin üzvünün maaşını ikiqat artırmaq fikrindədir.
26 yaşlı yarımmüdafiəçinin həftəlik məvacibi 70 min funt-sterlinqdir.
Qeyd edək ki, Eriksen 2013-cü ildə "Ayaks"dan 12,45 milyon avro qarşılığında "Tottenhem"ə transfer olub. Onun müqaviləsi 2020-ci ildə bitəcək.
saytlarin hazirlanmasi