"Çelsi" "Bornmut"un hücumçusunu hədəfə aldı

15:58 - 3 Yanvar 2019

Hücum xəttində sıxıntılar yaşayan "Çelsi" qış fasiləsində heyətini gücləndirmək istəyir.

 

Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, London klubu "Bornmut"un hücumçusu Kallum Uilsonu rənglərinə bağlamaq istəyir. Bunun üçün "gilaslar"a rəsmi təklif göndəriləcək. Bundan əlavə, "zadəganlar" müdafiə xəttinə də bir futbolçu almağı planlaşdırır.

 

Qeyd edək ki, 26 yaşlı hücumçu cari mövsüm Premyer Liqada 9 qol vurub, 5 assist edib.

Xəbər xətti