"Arsenal" "Barselona"nın futbolçusu Denis Suaresi heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportal.az "Daily Express"ə istinadən xəbər verir ki, London klubunun çalışdırıcısı Unai Emeri "Sevilya"da rəhbərliyi altında çıxış etmiş 24 yaşlı yarımmüdafiəçini yenidən sərəncamında görmək istəyir. Kataloniya klubunda az şans qazanan ispan futbolçu "topçular"da oynamağa müsbət yanaşır.
Qeyd edək ki, Suares "Selta"nın yetirməsidir. O, 2011-ci ildə "Mançester Siti"yə transfer olsa da, əsas komandada möhkəmlənə bilmədi. Denis "Sevilya" və "Vilyarreal"da da çıxış edib.
saytlarin hazirlanmasi