"Mançester Yunayted" Çindən futbolçu almağa çalışır

18:50 - 6 Yanvar 2019

"Mançester Yunayted" heyətini gücləndirmək üçün fəaliyyətini davam etdirir.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Çinin "Dalyan İfan" klubunda çıxış edən Yannik Karraskonu transfer etmək istəyir. Mançester təmsilçisi belçikalı vinqer üçün rəsmi təklif göndərməyə hazırlaşır. Məlumata görə, 25 yaşlı futbolçu Avropaya qayıtmaq arzusundadır.

 

Qeyd edək ki, Karrasko ötən ilin fevralında "Atletiko"dan Çin klubuna keçmişdi.

Xəbər xətti