"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda müqaviləsi başa çatacaq Vensan Kompani barədə danışıb.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis belçikalı müdafiəçinin "şəhərlilər"də qalmasını istəyir:
"Kompaninin komandada qalmasını istəyirəm. O, bizim kapitanımızdır, 11 ildir ki, bu klubun şərəfini qoruyur. Son iki matçda gördük ki, oynamaqda heç bir maneə yoxdur. Onun yeganə problemi tez-tez zədələnməsidir".
Qeyd edək ki, 32 yaşlı futbolçu 2008-ci ildə "Hamburq"dan "Mançester Siti"yə transfer olmuşdu.
saytlarin hazirlanmasi