Cari mövsüm işləri qaydasında getməyən "Real" heyətini gücləndirmək üçün axtarışları davam etdirir.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu "Tottenhem"ə Kristian Erikseni transfer etmək üçün 110 milyon avroluq təklif ünvanlayıb. Lakin London klubu bu təklif qəbul etməyib. "Mahmuzlar" "Real"dan bu keçid üçün 250 milyon avro tələb edib. Şok cavab alan "kral klubu" bu transferi yaya kimi təxirə salmağa məcbur olub.
Qeyd edək ki, Eriksen 2013-cü ildə "Ayaks"dan 12,45 milyon avro qarşılığında "Tottenhem"ə transfer olub. Onun müqaviləsi 2020-ci ildə bitəcək.
saytlarin hazirlanmasi