İrlandiya millisinin sabiq baş məşqçisi Martin Onilin yeni iş yeri bəlli olub.
Sportal.az xəbər verir ki, 66 yaşlı mütəxəssis İngiltərə Çempionşip təmsilçisi "Nottingem Forest"in "sülkanı arxası"na keçib. Klubun rəsmi saytı müqavilənin detalları barədə məlumat yaymayıb. Təcrübəli mütəxəssis bu postda Aitor Krankanı əvəz edib.
Qeyd edək ki,1987-ci ildən baş məşqçilik edən Onil "Norviç Siti", "Lester Siti", "Seltik", "Aston Villa", "Sanderlend" kimi klubları çalışdırıb. O, 2013-2018-ci illərdə İrlandiya yığmasına rəhbərlik edib.
saytlarin hazirlanmasi