Pedro Enrike: "Stemford Bric"ə ayaq basanda uyğunlaşmağa çalışdım"

19:46 - 21 Yanvar 2019

"Böyük komandalara qarşı oynamaq möhtəşəm hissdir. Bu, "playstation" kimi görünür. "Çelsi" ilə oyun da belə idi".

 

Sportal.az xəbər verir ki, bu sözləri ESPN nəşrinə açıqlamasında ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış edən Pedro Enrike deyib. Braziliyalı vinqer QArabağ"ın heyətində Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Çelsi"yə 0:6 hesabı ilə uduzduqları matçı da xatırlayıb: "Stemford Bric"ə ayaq basanda öyrəşməyə çalışdım və sonra hər şeyi unutdum. Olduğun yeri görürsən, inanılmaz idi".

 

Hazırda Qazaxıstanın "Astana" klubunda icarə əsasında çıxış edən Pedro soyuq havadan şikayətlənib: "Qazaxıstan keçmiş sovet ölkəsidir, çoxlu rusəsilli futbolçular var. Ən pis isə havanın soyuq olmasıdır. Bəzən tempertaur -40-50 dərəcə olur". 

 

Qeyd edək ki, "Qarabağ" 28 yaşlı futbolçunu ötən mövsüm PAOK-dan icarəyə götürmüşdü.

Xəbər xətti