İngiltərə millisinin sabiq üzvü karyerasını başa vurdu

20:10 - 21 Yanvar 2019

İngiltərə millisinin sabiq üzvü Qlen Conson karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı sağ cinah müdafiəçisi "TalkSport"a açıqlamasında butsılarını mıxdan asmağa qərar verdiyini deyib.

 

Qeyd edək ki, Conson "Vest Hem"in yetirməsidir. O, "Milluol", "Çelsi", "Portsmut", "Liverpul" klublarında da çıxış edib. İngiltərə millisində də çıxış etmiş futbolçu son olaraq, "Stok Siti"də oynayıb.

Xəbər xətti