Eden Hazard: "İngiltərədən sonra fərqli şeylər kəşf etmək istədiyimi həmişə demişəm"

23:16 - 21 Yanvar 2019

"Çelsi"nin ulduzu Eden Hazard "France Football"a açıqlama verib.

 

Sportal.az xəbər verir ki, adı "Real"la hallanan belçikalı yarımmüdafiəçi yayda "Çelsi"dən ayrılmaq istədiyini, lakin yekunda London klubunda qalmaq qərarı verdiyini söyləyib:

 

"Mən hər zaman İngiltərədən sonra fərqli bir şeylər kəşf etmək istədiyimi demişəm. Ancaq burada qalmağı təmin edən səbəblər də var. Dünya çempionatından sonra ayrılmaq istəyirdim, ancaq yekunda "Çelsi"də qaldım. Bu ana qədər ən yaxşı mövsümlərimdən birini keçirirəm. Buna görə də hazırda fərqli mübarizəyə ehtiyacımın olduğunu düşünmürəm".

 

28 yaşlı futbolçu "Real"dan təklif gələcəyi halda qəbul edib-etməyəcəyi barədə verilən suala belə cavab verib: "Siz bunun cavabını çox gözəl bilirsiniz. Suaı verirsiniz, ancaq cavabını da bilirsiniz".

 

Qeyd edək ki, Eden Hazard 2012-ci ildən "Çelsi"də çıxış edir.

Xəbər xətti