Fransanın "Nant" klubundan İngiltərənin "Kardiff Siti" klubuna transfer olan Emiliano Salanı Britaniya aparan təyyarənin La Manş boğazında yoxa çıxması futbol dünyasını sarsıtdı. Pilot və futbolçudan isə xəbər yoxdur.
Sportal.az Premyer Liqa təmsilçisinin saytına istinadən xəbər verir ki, klubun icraçı direktoru Ken Çoo hadisə ilə bağlı açıqlama verib:
"Böyük bir şok yaşayırıq! Emiliano dünən gecə Kardiffə gələcəyini və bu gün səhərdən məşqlərə başlayacağını demişdi. Klubun sahibi Tan Sri Vinsent və idarə heyətimizin sədri Mehmet Dalman da bu vəziyyətə görə çox narahatdılar. Bu səhər bütün fikrimizin Emilianonun yanında olmasına görə məşqimizi ləğv etdik. Bu çətin zamanda bizə dəstək olan azarkeşlərimizə və futbol ailəsinə təşəkkür edirik. Sala və pilotun həyatı üçün dualarımıza davam edək".
Qeyd edək ki, "Kardiff Siti" argentinalı hücumçunu 22,5 milyon avro qarşılığında "Nant"dan transfer edib. 28 yaşlı forvard klubla rəsmi müqavilə bağladıqdan sonra Fransaya xırda işlərini həll etmək üçün qayıdıb. O, özəl təyyarə ilə geri dönərkən La Manş boğazında radardan itib.
saytlarin hazirlanmasi