Emiliano Salanın həyatı ilə bağlı son açıqlama

23:50 - 22 Yanvar 2019

Fransanın "Nant" klubundan İngiltərənin "Kardiff Siti" klubuna transfer olan Emiliano Salanı Britaniya aparan təyyarənin La Manş boğazında yoxa çıxması futbol dünyasını sarsıtdı. Pilot və futbolçudan isə xəbər yoxdur.

 

Sportal.az xəbər verir ki, axtarışları həyata keçirən Qernzi adasının polis idarəsi açıqlama yayıb. İdarənin rəsmi "twitter" hesabında bunlar qeyd edilib:

 

"15 saatlıq axtarışlar nəticəsində suyun üzərində bəzi maddələr aşkarlandı. Axtarış və xilasetmə əməliyyatları günəş batdığı üçün dayandırılıb. Mövcud planımız sabah günəş doğanda axtarışlara davam etməkdir. Bu axşam başqa yenilik olmayacaq. Əgər onlar da suya eniblərsə, indiki ehtimala görə, təəssüflər olsun ki, həyatda sağ qalma şansları çox azdır".

 

The aircraft went missing just off Alderney, which lies 10 miles from the western border of the Cotentin Peninsula

 

Qeyd edək ki, "Kardiff Siti" argentinalı hücumçunu 22,5 milyon avro qarşılığında "Nant"dan transfer edib. 28 yaşlı forvard klubla rəsmi müqavilə bağladıqdan sonra Fransaya bəzi işlərini həll etmək üçün qayıdıb. O, özəl təyyarə ilə geri dönərkən La Manş boğazında radardan itib.

 

Xəbər xətti