Fransanın "Nant" klubundan İngiltərənin "Kardiff Siti" klubuna transfer olan Emiliano Salanı Britaniya aparan təyyarənin La Manş boğazında yoxa çıxması futbol dünyasını sarsıtdı. Pilot və futbolçudan isə xəbər yoxdur.
Sportal.az xəbər verir ki, axtarışları həyata keçirən Qernzi adasının polis idarəsi açıqlama yayıb:
"Təyyarənin suya düşdüyünü və sərnişinlərin xilasedici qayığa mindikləri ehtimalının üzərində dayanmışıq".
Qeyd edək ki, "Kardiff Siti" argentinalı hücumçunu 22,5 milyon avro qarşılığında "Nant"dan transfer edib. 28 yaşlı forvard klubla rəsmi müqavilə bağladıqdan sonra Fransaya bəzi işlərini həll etmək üçün qayıdıb. O, özəl təyyarə ilə geri dönərkən La Manş boğazında radardan itib.
saytlarin hazirlanmasi