"Mançester Yunayted"də yeni müqavilə qeydə alınıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" hücumçusu Antoni Marsyalla müqavilə müddətini uzadıb. Fransa millisinin üzvünün yeni sazişi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, 23 yaşlı futbolçu 2015-ci ildə "Monako"dan "Mançester Yunayted"ə keçib.
saytlarin hazirlanmasi