Məhəmməd Salah Londonda təhqirlərə məruz qaldı

18:34 - 6 Fevral 2019

"Liverpul"un misirli ulduzu Məhəmməd Salah Premyer Liqanın 25-ci turunda "Vest Hem"lə səfər matçında (1:1) azarkeşlərdən birinin təqhirlərinə məruz qalıb.

 

Sportal.az BBC Sport-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu künc zərbəsi yerinə yetirərkən meydan sahiblərinin azarkeşlərindən biri bu anı videoya çəkib və Salahın müsəlman olmasına işarə vuraraq, ən ağır təhiqrləri onun ünvanına yağdırıb.

 

Fanatlar isə sosial şəbəkədə "Vest Hem"in səhifələrində etiraz minlərlə etiraz rəyləri yazıblar. Bundan sonra London klubu açıqlama yayıb:

 

"Vest Hem" qapılarını hər kəsə açmış klubdur. Cinsiyyəti, yaşı, irqi, inancı, dini, seçimləri nə olursa, olsun, hamıya qapımız açıqdır. Ancaq stadionumuzda bu cür davranışlara yer yoxdur. Zorakılıq və təhqiramiz hərəkətə qarşıyıq. Cinayəti törədən şəxslə polis maraqlanır. Polis hər şeyi müəyyən edəndən sonra həmin şəxsə stadionumuza girişinə ömürlük qadağan qoyulacaq".

Xəbər xətti