İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Pol Skoulz baş məşqçiliyə başlayıb.
Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssis İngiltərə II Liqa təmsilçisi "Oldhem"in baş məşqçisi təyin edilib. Klub saytının məlumatına görə, veteran futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçu karyerasını 2013-cü ildə başa vuran Skoulz yalnız "Mançester Yunayted"də çıxış edib.
saytlarin hazirlanmasi