Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ-yə evdə 0:2 hesabı ilə uduzan "Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer açıqlama verib.
Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis cavab matçına ümidli olduğunu deyib: "PSJ ilk qoldan sonra oyunun ritmini tutdu və ikinci dəfə də fərqləndi. Bizim üçün yaxşı sınaq oldu. Uzun müddət idi ki, bu səviyyədə oynamadığımızı gördük. Dağlar dırmanmaq və fəth edilmək üçün yaradılıb. Yola çıxanda artıq imtina edə bilmirsən. Parisə gedəcəyik və yaxşı futbol oynayacağıq. Məğlubiyyətin səbəbini zədəli futbolçularda axtarmaq olmaz. Linqard və Marsial önəmli futbolçulardır, ümid edirəm ki, zədələri ciddi deyil".
Qeyd edək ki, cütün cavab görüşü martın 6-da baş tutacaq.
saytlarin hazirlanmasi