Xerdan Şakiri: "Cütün favoriti "Bayern"dir"

17:17 - 18 Fevral 2019

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Liverpul" "Bayern"i qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, oyundan öncə açıqlama verən "qırmızlar"ın Kosovo əsilli isveçrəli futbolçusu Xerdan Şakiri Münhen klubunu favorit qismində görüb:

 

"Çətin oyun olacaq. "Bayern"in itkilərindən yararlanmaq istəyirik. Ötən il olduğu kimi, yenə finala adlamaq aruzumuz var. Cütün favoritinin "Bayern" olduğunu deyə bilərəm. Dünyanın ən yaxşı klublarından biridir. Həmişə çempionluğa oynayırlar. Ancaq biz də son zamanlar etdiklərimizlə "Bayern"ə yaxınlaşdıq".

 

Şakiri sabiq klubuna qol vuracağı halda sevinib-sevinməyəcəyini hələ ki, müəyyən etməyib: "Qol vursam, buna görə xoşbəxt olacaq. Ancaq qol sevincini qeyd edib-etməyəcəyimi bilmirəm".

 

Qeyd edək ki, "Liverpul" - "Bayern" matçı sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xəbər xətti