"Liverpul"un futbolçusu Sadio Manenin evi yağmalanıb.
Sportal.az xəbər verir ki, bu barədə Mersesayd polisi məlumat yayıb. Hadisə "Liverpul"un ÇL-də "Bayern"lə ev matçı günü baş verib. Fevralın 19-u evə girən quldurlar mobil telefonlar, saat, maşın açarları və digər şeylər oğurlayıblar.
Qeyd edək ki, Manenin evi 2017-ci ildə də "Liverpul"un ÇL-də "Maribor"la qarşılaşdığı gündə də soyulmuşdu.
saytlarin hazirlanmasi