"Keyn titul qazanmaq istəyirsə, böyük kluba getməlidir"

18:49 - 1 Mart 2019

ABŞ-ın "Los-Anceles Qalaksi" klubunda çıxış edən Zlatan İbrahimoviç "Tottenhem"in hücumçusu Harri Keynlə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, isveçli futbolçu İngiltərə millisinin üzvünün titul qazanması üçün London klubundan ayrılmalı olduğunu deyib: "Əgər Keyn titul qazanmaq istəyirsə, "Tottenhem"dən getməlidir. O, daha böyük klubda oynamalıdır. Keynin nə qədər güclü forvard olduğunu gördüm. Önəmli işlər görür, ancaq böyük kluba keçməlidir. İnsanlar sizi qazandığınız kuboklarla yadda saxlayar. Keyn titullar qazanmalıdır".

 

Qeyd edək ki, "Tottenhem"lə 2025-ci ilə qədər müqaviləsi olan 25 yaşlı futbolçu cari mövsüm 33 oyuna 21 qol vurub, 6 assist edib.

Xəbər xətti