İngiltərə Futbol Federasiyası "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinonu iki oyunluq cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna səbəb argentinalı mütəxəssisin Premyer Liqanın 29-cu turunda "Börnli"yə uduzduqları oyunda (1:2) baş hakim Mayk Dinə sərt etiraz etməsi olub. 47 yaşlı mütəxəssis 10 min funt-sterlinq cərimə də edilib.
Poçettino "Sauthempton" və "Liverpul"la oyunlarda texniki zonada yer almayacaq.
saytlarin hazirlanmasi