"Mançester Siti"nin rəhbərliyi daha bir klub almağı planlaşdırır.
Sportal.az xəbər verir ki, City Football Group (CFG) bu dəfə Hindistanda klub almağı götür-qoy edir. Klubun əsas idarəçilərindən olan Ferran Soriano planlar barədə bunları deyib: "Futbola marağı və bağlılığı olan yerlərə baxırıq. Hindistan da bunlardan biridir. Təxminən iki ildir ki, onlarla maraqlanırıq. Bu il Hindistan futbolunda da işlər görməyi planlaşdırırıq".
Qeyd edək ki, City Football Group ABŞ-ın "Nyu-York Siti", Avstraliyanın "Melburn Siti", Yaponiyanın "Yokohama Marinos", Uruqvayın "Torke", İspaniyanın "Jirona", Çinin "Sişuan Jiuniu" klublarını satın alıb.
saytlarin hazirlanmasi