Joze Mourinyonun qovulmasından sonra "Mançester Yunayted"in müvəqqəti baş məşqçisi təyin edilən Ole Qunnar Sulşer qazandığı nəticələrlə futbol dünyasının rəğbətini topladı.
Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" mövsümün sonunda 46 yaşlı mütəxəssislə müqaviləni uzadacaq. Norveçli çalışdırıcının illik maaşı 9 milyon avro olacaq.
Xəbərdə Mourinyonun "Mançester Yunayted"də illik 18 milyon avro maaşa işlədiyi qeyd edilib.
saytlarin hazirlanmasi