Sabiq "Arsenal"lı karyerasını başa vurdu

17:52 - 8 Mart 2019

"Arsenal"ın sabiq futbolçusu Emmanuel Frimponq gözlənilməz qərar verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını başa vurub. Qana millisinin üzvü 5 ildir dizində tez-tez problemlər yaşadığı üçün butsılarını mıxdan asıb.

 

Qeyd edək ki, "Arsenal"ın yetirməsi olan Frimponq İngiltərənin "Vulverhempton", "Çarlton", "Fulhem", "Barnsli", Rusiyanın "Ufa" klublarında çıxış edib. O, son olaraq, Cənubi Kipr təmsilçisi "Ermis"də çıxış edib.

Xəbər xətti