Hollandiyalı məşqçi Lui van Qal karyerasını başa vurduğunu bəyan edib.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis ailəsiylə daha çox vaxt keçirmək üçün bu addımı atdığını deyib: “Həyat yoldaşım mənimlə daha çox vaxt keçirmək üçün 22 il əvvəl işindən ayrılmışdı. Mən ona söz vermişdim ki, 55 yaşımda karyerama nöqtə qoyacam. Lakin indi 65-i haqlamışam. Futbolçular kimi, xanımımın da Van Qalla birgə olmağa haqqı var. Belə davam etmək olmaz".
Qed edək ki, Van Qal "AZ Alkmaar", “Ayaks”, "Barselona" “Bavariya”, “Mançester Yunayted” kimi klubları çalışdırıb. O, iki dönəm Hollandiya yığmasında baş məşqçi olub.
saytlarin hazirlanmasi