İngiltərə Çempionşipinin 37-ci turu çərçivəsində keçirilən "Vest Bromviç" - "Suonsi Siti" matçında kuryoz hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, "Suonsi Siti" hesabda 0:1 geri olduğu zaman penalti vurmaq imkanı qazanıb. Qonaqların heyətində ağ nöqtəyə Bersant Çelina yaxınlaşıb. Lakin kosovolu futbolçu top yaxınlaşarkən ayağı büdrəyib və topa toxunuş zəif alınıb. Bu an meydan sahiblərinin müdafiçiləri topu cərimə meydançasından uzaqlaşdırıblar.
0:3 hesablı məğlubiyyətin ardından "Vest Bromviç"in çalışdırıcısı Qrem Potter Çelinanın bəxti gətirmədiyi epizodla bağlı danışıb: "Bersant üçün qorxuducu an idi. Heç kəsin arzulamadığı hadisələrdən biri yaşandı. Çelina bizim penalti vuran futbolçumuzdur. Əylənmək çox asandır, ancaq əminəm ki, o, indi üzgündür. Ancaq yenə də cəsarət göstərdi".
Qeyd edək ki, Kosovo millisinin 22 yaşlı yarımmüdafiəçisi müqavilə ilə "Mançester Siti"yə məxsusdur.
saytlarin hazirlanmasi