İngiltərə II Liqa təmsilçisi “Oldhem”də baş məşqçi karyerasına başlayan Pol Skoulzun işi uzun çəkməyib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, uğursuz nəticələrdən sonra klub rəhbərliyi "Mançester Yunayted"in əfsanəsinə qapını göstərib.
Qeyd edək ki, 44 yaşlı mütəxəssis fevralın 11-də "Oldhem"in baş məşqçisi təyin edilmişdi.
saytlarin hazirlanmasi