Yurgen Klopp: "Məni yalnız Tanrı mühakimə edə bilər"

18:10 - 16 Mart 2019

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Liverpul"da kubok qazana bilməməsinə görə edilən tənqidlərə cavab verib.

 

Sportal.az "The Guardian"a istinadən xəbər verir ki, təniqdlərə əhəmiyyət vermədiyini deyib: "Bu tənqidlərə o qədər əhəmiyyət vermirəm ki, heç xəyal da edə bilmərsiniz. Mənim işim komandaya yardım etməkdir. 50 il ərzində xatırlanmaq kimi məqsədim yoxdur. Məni yalnız Tanrı mühakimə edə bilər. İnsan övladlarının söylədikləriylə maraqlanmıram".

 

Klopp Çempionlar Liqasının 1/8 finalında Münhen "Bayern" klubunu mübarizədən kənarlaşdırmaları barədə danışıb: "Oyundan sonra uşaqların paltardəyişmə otağındakı sevinci məni xoşbəxt etdi. Bizim üçün ən önəmli olan elə budur. "Bayern"i mübarizədən kənarlaşdırmağımız möcüzə deyildi".

Xəbər xətti