15 yaşlı qızla cinsi əlaqədə olduğu üçün həbs olunan futbolçu azadlığa çıxdı

16:03 - 22 Mart 2019

İngiltərə millisinin sabiq futbolçusu Adam Conson sərbəst buraxılıb.

 

Sportal.az xəbər verir ki, 2016-cı ildə yetkinlik yaşına çatmamış - 15 yaşlı qızla cinsi əlaqədə olduğu üçün həbs olunan oyunçu azadlığa çıxıb.

 

Yarımmüdafiəçinin son komandası olan "Sanderlend" futbolçunun təqsiri sübuta yetiriləndən sonra onunla müqaviləni ləğv edib. Azadlığa çıxan Consona qızı ilə tək görüşmək qadağan olunub.

 

Qeyd edək ki, Adam Conson bir vaxtlar "Mançester Siti”dəki çıxışı ilə tanınıb. O, İngiltərə Premyer Liqasının və ölkə kubokunun qalibi olub. Yarımmüdafiəçi milli komandada keçirdiyi 12 oyunda 2 qol vurub.

Xəbər xətti