Runi: "Liverpul" Premyer Liqada çempion olsa, 10-15 il bunu danışacaqlar"

16:31 - 23 Mart 2019

ABŞ-ın "Di Si Yunayted" klubunda çıxış edən Ueyn Runi İngiltərə Premyer Liqasında davam edən çempionluq yarışından danışıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu "Mançester Siti" ilə "Liverpul"un mübarizəsində hansı komandaya azarkeşlik etdiyini açıqlayıb: "Ümid edirəm ki, bu mübarizədə "Mançester Siti" qalib gələcək. "Liverpul" çempion olsa, nə qədər acı çəkəcəyimi xəyal edə bilmirəm. Bu, hər bir "Everton" fanatı üçün kabusdur. 2005-ci ildə ÇL-ni qazanıblar və hələ də ondan bəhs edirlər. Premyer Liqanı qazansalar, bunu da 10-15 il danışacaqlar".

 

Qeyd edək ki, "Everton"da peşəkar karyeraya başlayan İngiltərə millisinin keçmiş üzvü 2004-2017-ci illərdə "Mançester Yunayted"də çıxış edib. Runi 2017/18 mövsümündə "Everton"da çıxış etdikdən sonra MLS-ə üz tutub.

Xəbər xətti