Mourinyo Fransada çalışa bilər

00:15 - 28 Mart 2019

Mövsümün gedişində "Mançester Yunayted"dən ayrılan Joze Mourinyonun növbəti iş yeri Fransa ola bilər.

 

Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Lion" və ya "Monako"nu çalışdırmaq fikrindədir. Mövsümün sonunda klubların 56 yaşlı mütəxəssislə danışıqlar aparacağı gözlənilir. 

 

Təcrübəli mütəxəssis daha öncə Fransada çalışmaq istədiyini demişdi.

 

Qeyd edək ki, 56 yaşlı mütəxəssis "Portu", "Çelsi", "İnter" "Real" və "Mançester Yunayted" kimi klubların baş məşqçisi olub.

Xəbər xətti