Mövsümün gedişində İngiltərənin "Mançester Yunayted" klubundan ayrılan Joze Mourinyo üçün daha bir iddia irəli sürülüb.
Sportal.az xəbər verir ki, Fransada "Lion"la "Monako"dan birini çalışdırmağı hədəfləyən portuqaliyalı mütəxəssisin yeni dayanacağı Almaniya da ola bilər. 56 yaşlı mütəxəssislə "Bayern" maraqlanır. Çempionlar Liqasında "Liverpul"a məğlub olaraq, mübarizəni dayandıran Münhen klubunun rəhbərliyi baş məşqçi Niko Kovaçla yolları ayırmağı düşünür. Alternativ variant kimi isə Joze Mourinyo baxılır.
Qeyd edək ki, 56 yaşlı mütəxəssis "Portu", "Çelsi", "İnter" "Real" və "Mançester Yunayted" kimi klubların baş məşqçisi olub.
saytlarin hazirlanmasi