Premyer Liqa klubu "Qalatasaray"da çıxış edən futbolçu ilə bağlı qərar verdi

15:52 - 31 Mart 2019

İngiltərnin "Everton" klubu Türkiyənin "Qalatasaray" komandasına icarəyə verdiyi Henri Onyekuru ilə bağlı qərar verib.

 

Sportal.az "The Guardian"a istinadən xəbər verir ki, Liverpul təmsilçisi İstanbul klubunda uğurlu çıxış edən nigeriyalı hücumçunu icarəyə vermək niyyəti yoxdur. Nigeriya millisinin üzvü mövsüm başa çatandan sonra "Everton"a qayıdacaq və ən azı bir il Premyer Liqa təmsilçisində çıxış edəcək.

 

Qeyd edək ki, 21 yaşlı hücumçu cari mövsüm Super Liqada 24 oyuna 11 qol vurub, 2 assist edib.

Xəbər xətti