İquain: "Çelsi"də qalmaq istəyirəm"

11:07 - 9 Aprel 2019

İngiltərənin "Çelsi" klubunun İtaliya "Yuventus"undan icarəyə götürdüyü Qonsalo İquain açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu Premyer Liqa təmsilçisində qalmaq istədiyini deyib: "Yeni bir çempionatda oynamaq hər zaman gözəldir. Açığı, hazırda uyğunlaşma prosesindəyəm. Mövsümü yaxşı şəkildə başa vurmaq istəyirəm. Bu halda gələn mövsüm də burada ola bilərəm. İstəyim "Çelsi"də qalmaqdır".

 

Qeyd edək ki, "Çelsi" argentinalı futbolçunu qış fasiləsində mövsümün sonuna qədər icarəyə götürüb.

Xəbər xətti