İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Mauritsio Sarri komandadan ayrılacağı gözlənilən Eden Hazardla bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis belçikalı futbolçunu komandada saxlamağın çətin olduğunu dilə gətirib: "Klubun Hazardı satmaq istəmədiyindən əminəm. Ancaq o, yeni macəra axtarmaq istəsə, saxlamaq çətin olacaq. Hazardı razı salmağa çalışacağıq, amma çətin olacaq. Qərarına hörmət etməliyik".
Hazardın adın İspaniya "Real"ı ilə hallanır. Məlumata görə, Madrid klubu 28 yaşlı yarımmüdafiəçinin transfer üçün 100 milyon avrosundan keçməyə hazırdır. Sarri açıqlamasında Hazard üçün bu məbləğin az olduğunu söyləyib: "100 milyon avro Hazardın standartlarına görə çox ucuzdur. Transfer dönəmlərində daha bahalı keçidlər gördük. Hazard kimi futbolçunu tapmaq çətindir".
Qeyd edək ki, Hazard 2012-ci ildən "Çelsi"də çıxış edir.
saytlarin hazirlanmasi